Bakıda sərnişin avtobusu yandı (FOTO, VİDEO)
26.05.2015 1021 0.0 0

Bakıda sərnişin avtobusu yanıb. 

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin verdiyi məlumata görə, hadisə "Şamaxinki" adlanan ərazidə qeydə alınıb.

Avtobus Bakı Beynəlxalq Avtovağzalından "Şamaxinki" ərazisinə işləyib. Bu gün səhər saatlarında 135 saylı, "MAN" markalı sərnişin avtobusu adıçəkilən ərazidə qəzaya uğrayıb. Nəticədə avtobus tüstülənib və yanıb", - deyə Vüqar İbrahimli bildirib.

Xoşbəxtlikdə hadisə zamanı heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin videogörüntüsünü qəzanın şahidləri  göndəriblər. /anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar