Bakıda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib
28.09.2017 585 0.0 0

Bakıda sərnişin avtobusu piyadanı vuraraq ona ağır xəsarət yetirib.

Məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb./Report/


Digər xəbərlər:
Şərhlər
avatar