Bakıda Restoranda baş verən atışmada idmançılar da iştirak edib
22.04.2016 787 0.0 0

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.
 
Qeyd edək ki, məlum hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar