Bakıda ər arvadını və baldızını bıçaqlayıb
03.09.2019 524 0.0 0

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı bıçaqlanıblar. Məlumata görə, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşıbıçaqlayıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar