Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb
22.12.2016 875 0.0 0

Bakının Binə qəsəbəsində subasma hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun verdiyi məlumata görə, Binə qəsəbəsində “Bakavtomat” zavodunun yaxınlığında qrunt sularının səviyyəsi qalxıb, nəticədə torpaq sahələri, onlarla evin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub.

 

“Son aylar yağan intensiv yağışlardan sonra qrunt sularının səviyyəsinin qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub. Ərazidə drenaj-kanalizasiya sistemi olmadığından bu hadisə baş verib. Elə yer var ki, suyun hündürlüyü yer səthindən təxminən 25-30 sm-ə qalxıb. Onlarla ev suyun içində qalıb”, - deyə R. Həsənov qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar