Bakıda qatar ilə minik maşını toqquşdu
02.04.2015 711 0.0 0

Bakıda minik maşını qatarla toqquşub.

Suraxanı rayon polis idarəsindən  verilən məlumata görə, hadisə Bül-Bülə dəmir yolu keçidində baş verib.

Belə ki, "Atəşgah" dairəsində yük qatarı ağ rəngli "Lada Priora" markalı avtomobillə toqquşub.

Maşının sürücüsü dəmiryolu keçidindən keçərkən qatara çırpılıb. İlkin məlumatlara görə, yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşını qatara çırpıb.

Hadisə nəticəsində "Lada Priora" nın sürücü Akif Xeyirbəyov xəsarət alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar