Bakıda qadın sərnişin avtobusdan yerə yıxılıb
21.07.2017 949 0.0 0

Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusdan yerə yıxılıb.

Məlumata görə, 1988-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Akif qızı 195 saylı marşut xətti üzrə hərəkət edən avtobus sürücüsünə dayancaqda saxlamasını xahiş edib.

Qadın düşərkən avtobusun qəfil hərəkət etməsi nəticəsində F.Məmmədova avtobusun açıq qapısından yerə yıxılıb. O xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər./Report/


Digər xəbərlər:
Şərhlər
avatar