Bakıda qadın polis qəza törədib
30.11.2016 602 0.0 0

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

Məlumata görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar