Bakıda polisin idarə etdiyi avtomobil qəzaya düşüb
10.11.2015 555 0.0 0

Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar