Bakıda polis zabiti restoranda ölüb
15.03.2017 1638 0.0 0

Bakıda restoranda ölüm hadisəsi baş verib.
 
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
 
R. Abbasov təqaüddə olan polis zabitidir.
 
Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar