Bakıda polis sürücünü yolun ortasında döydü - VİDEO
08.09.2015 978 0.0 0

Bu gün Bakıda yol polisi ilə sürücü əlbəyaxa olub. Qazeta.info Milli.Az-ın məlumatına əsasən bildirir ki, Ziya Bunyadov prospektində, keçmiş Karl Marks heykəlinin yaxınlığındakı yolda sürətlə hərəkət edən vaxt qəflətən əyləci basan "VAZ-2106" markalı avtomobili yol polisi saxlayıb.

Polis sürücüyə avtomobillə qəza şəraiti yaratdığını bildirib və maşını cərimə meydançasına aparmağa cəhd edib. Sürücü isə etdiyi əmələ görə cəzasını çəkəcəyini deyib.

Oxucu yazır ki, yol polisi sürücüyə zərbə vurub: "Polis sürücünün ağız-burnunu qana buladı. Belə etmək düzgün deyil axı..."

Həmin anları oxucu telefon vasitəsilə videoya çəkib. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar