Bakıda polis bıçaqlandı
15.03.2016 602 0.0 0

Azərbaycanda polisə hücum olub. Qazeta.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  ANS PRESS-ə verilən  məlumata görə, Laçın rayon sakini Ayhan Səfərov və Abşeron rayon sakini Yalçın Cəfərov avtomobildən oğurluğa cəhd göstərərkən yaxalanıblar. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.

 Məlumata əsasən, martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.

Nəsimi RPİ 19-cu PB-yə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar