Bakıda plastik məişət tullantıları satan şəxs döyülüb - VİDEO
04.05.2017 720 0.0 0

Bakıda döyülmə hadisəsi baş verib.

Məlumata görə, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, məişət tullantılarından plastik əşyalar toplayaraq satmaqla məşğul olan 1977-ci il təvəllüdlü Məmmədov Pərviz Şahvələd oğlu yolu keçərkən onun yük çantası "Mercedes" markalı minik avtomobilinə toxunub. Bu səbəbdən də minik maşınının sürücüsü avtomobildən düşərək P.Məmmədova etirazını bildirib. Tərəflər arasındakı mübahisə dava ilə nəticələnib.

Bu zaman sürücü minik maşınındakı bellə P.Məmmədova üz nahiyəsindən xəsarət yetirib. Xəsarət almış P.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /Report/

 

 


Digər xəbərlər:
Şərhlər
avatar