Bakıda peşəkar oğru ələ keçdi - ƏMƏLİYYAT-VİDEO
29.08.2016 950 0.0 0

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları  oğurluqların qarşısının alınması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib. Məlumata görə,  təkcə Nərimanov rayonu ərazisində 7 mənzili qarət etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Araz Hüseynovsaxlanılıb.  O, oğurluqları təkbaşına və gecə saatlarında həyata keçirib.  Əsasən həyət evlərindən oğurluq edən Araz Hüseynov mənzillərə işıq sönən zaman  daxil olub. Dediyinə görə evdə kiminsə olması onu qorxutmayıb.

 

"Nərimanovda 7  mənzili qarət etmişəm. Əlimə nə keçdi, götürmüşəm. Bundan başqa Yasamal və  Abşeron rayonlarında da oğurluq etmişəm". 

 

Araşdırma zamanı bu şəxsin təkcə  Bakı şəhər sakini Mirzə Axundova məxsus evdən 5500 manat pul və sənəd oğurladığı  məlum olub. Əvvəllər  məhkum olunan Araz Hüseynovun  peşəkar oğru olduğu deyilir.

 

Onun əməllərindən zərərçəkən başqa vətəndaşların Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə, Nərimanov RPİ-nə və ya 18-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar