Bakıda parkda baş verən yanğın söndürülüb
21.02.2022 269 0.0 0

Bakıda parkda baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında istifadə olunmayan 340 m² sahədə olan tikilinin 100 m² sahəsi yanıb.

Yanğın yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar