Bakıda Novruz Festivalından görüntülər-Fotolar
22.03.2015 696 0.0 0

Bu gün İçəri Şəhərdə II Beynəlxalq Novruz Festivalının 3 cü günü idi. Bildirək ki, Novruz bayramı İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu ilin də mart ayının 20-dən 23-nə kimi II Beynəlxalq Novruz Festivalını təşkil edib. Dörd gün davam edəcək Novruz Bayramı festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edirlər. 

Festival  Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak ilə “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənir.

Aşağıdakı fotolar vasitəsilə hazırladığımız reportajı sizə təqdim edirik.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar