Bakıda ən çox baxımsız binaların olduğu rayonların adları aşıqlanıb
17.08.2016 672 0.0 0

“2016-cı ilin I yarım illiyində aparılan araşdırmalar nəticəsində Bakı şəhərində 238 sulu zirzəmi aşkarlanıb. Demək olar ki, Bakının bütün rayonlarında yerləşən binalarda bu cür hallara rast gəlinir”. Xəbərə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

 

O qeyd edib ki, zirzəmilərdə çirklənmə mənbələri konkret olaraq göstərilməklə Bakı Şəhəri İcra Hakimiyyətinə təkliflər verilir: “Sulu zirzəmilər ən çox Qaradağ və Xətai rayonlarında aşkarlanıb. Sulu zirzəmilərə əsasən sovet vaxtı inşa edilmiş 9 mərtəbəli binalarda rast gəlinir. Həmin binaların zirzəmilərində kommunikasiya xətləri təmir edilmir”./apa/


Digər xəbərlər:
Şərhlər
avatar