Bakıda mağazadan oğurluq anı - KAMERA GÖRÜNTÜSÜ
30.04.2017 969 0.0 0

Tamaşaçılarımızdan biri "Votsap" nömrəmizə oğurluq hadisəsi ilə bağlı video-görüntü göndərib. Kadrlardan görünür ki, mağazadan saat oğurlanıb. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri təqdim edirik.

Əvvəlcə mağazaya girir və ətrafa boylanır.

Özünü müştəri kimi apararaq vitrini açır. Daha sonra isə telefonu qulağına tutub özünü məşğul kimi göstərir. Bir tərəfdən isə ətrafa boylanaraq heç kimin ona diqqət etmədiyinə əmin olur.

Yanındakı müştərinin başının qarışıq olduğunu görüb telefonu söndürür, yenidən vitrinə əl uzadır. Ordakı saatlardan birini götürüb cibinə qoyur. Hadisəni gizlətmək üçün isə vitrini bağlamağı da unutmur.

Bakıda, məşhur ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. Gənc oğlan dəyəri 400 manata yaxın olan saatı oğurlayıb.

Görüntüləri votsap nömrəsinə göndərən mağaza sahibi, polisə də müraciət edəcəyini deyir. /Xezerxeber.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar