Bakıda mağaza sahibi güllələnərək öldürülüb
05.10.2016 727 0.0 0

Bakıda qətl törədilib.

 

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z. Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R. Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar