Bakıda kütləvi dava olub, xəsarət alan var
11.12.2015 571 0.0 0

Sabunçu rayonunda kütləvi dava olub. Məlumata görə, hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.  O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.
 
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar