Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib
13.11.2017 874 0.0 0

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Məlumata görə, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.

Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar