Bakıda kasıbları təhqir edən `Gelandewagen` sürücüsü saxlanıldı- VİDEO
11.01.2022 367 0.0 0

Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü saxlanıldı

Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin (başqasına məxsus) sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılmışdır.

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılmışdır.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.

 

Həmin görüntüləri təqdim edirik:

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar