Bakıda israilli boksçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib
26.12.2016 922 0.0 0

Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib. O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Federasiyanın baş katibi Nağı Səfərov "Report"a açıqlamasında idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tomoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın məskunlaşıdığı otelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar