Bakıda iş adamı özünü güllələyib
04.10.2016 749 0.0 0

Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5, ev 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Zəlimxan Osman oğlu Bünyadov yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, Z. Bünyadov sahibkarlıqla məşğul olurmuş./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar