Bakıda iki minik avtomobili toqquşub
29.06.2017 795 0.0 0

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, Bəhruz Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə “20 Yanvar”  dairəsindən metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospektində idarə etməni itirib. Avtomobil qarşıda hərəkətdə olan və Şükür Nəsirovun idarə etdiyi “Mercedes- Gelandewagen” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, Bəhruz Abdullayevin avtomobilinə xeyli ziyan dəyib.

 

Qəzadan sonra prospektdə 1 saata yaxın tıxac yaranıb. Hadisə yerinə gələn yol-patrul xidmətinin əməkdaşları avtomobilləri hadisə yerindən uzaqlaşdıraraq, nəqliyyatın hərəkətini bərpa ediblər./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar