Bakıda həbsxanada məhkumlar arasında qan düşdü: ölən var
10.09.2015 845 0.0 0

Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.
 
Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
 
Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.  
 
Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar