Bakıda fəhlə yarımtikilidə yıxılaraq ölüb
16.02.2018 874 0

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.
Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.
1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Digər xəbərlər:
Şərhlər