Bakıda evdən quldurluq edən şəxslər saxlanılıb
30.11.2017 884 0.0 0

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar