Bakıda evakuator maşını qəzaya uğrayıb, xəsarət alan var
25.05.2017 774 0.0 0

Bakıda evakuator maşını qəzaya uğrayıb.

Məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar