Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb - VİDEO
25.10.2016 559 0.0 0

Bakıda zəncirvari qəza baş verib. 

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.

Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü "Qələbə" meydanına doğru hərəkət edən "Nissan Armada" markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən "Nissan" markalı avtomobilin arxası ilə hərəkət edən "Hyundai Sonata", "Hyundai ix35" və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus "BMW" markalı avtomobil bir-birinə çırpılıb.

Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.

Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar