Bakıda dost dostunu bir sillə ilə öldürüb
16.03.2016 550 0.0 0

Bakıda ölüm hadisəsi baş verib.
 
Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aslan İsmayılova yaşadığı evdə tanışı Elvin Əliyev sillə ilə vurub. Nəticədə A.İsmayılov yıxılaraq ölüb.
 
E.Əliyev könüllü olaraq hadisə barədə polisə məlumat verib. O, hələlik həbs edilməyib.
 
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar