Bakıda diri cücələr zibilliyə atılıb - VİDEO
27.06.2019 138 0.0 0

Sosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayılıb.

Bildirək ki, görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər.

Cücələrin “Zirə” quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdləri nəticə verməyib./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar