Bakıda dəmir yolundan keçən kişini qatar vurub
23.12.2017 897 0

Bakının Qaradağ rayonunda orta yaşlı kişini qatar vurub.
Məlumata görə, hadisə 1977-ci il təvəllüdlü Qafarov Əzim dəmir yol relslərinin üzərindən keçən zaman baş verib.
Yük qatarının vurduğu piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır./Report/
Digər xəbərlər:
Şərhlər