Bakıda dəhşətli qəza- Sərnişin dolu avtobus aşdı (FOTOLAR)
17.07.2016 1626 0.0 0

 

 

Bu gün Bkının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

 

 

 

Yaralılar Sabunçu xəstəxanasına aparılıb. 

 

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

 

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır. 

 Faktla bağlı araşdırma aparılır.

 

Bakıda 20 nəfərdən çox insanın yaralandığı dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edirik./lent.az/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar