Bakıda dəhşətli qəza: 5 nəfər ölüb
05.12.2017 608 0.0 0

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır


Digər xəbərlər:
Şərhlər
avatar