Bakıda bu ərazilərdə su olmayacaq
09.02.2018 875 0.0 0

Xətai və Nizami rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdyudiyyətlər olacaq.


Qazeta.info “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadla bildirir ki, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 09 fevral 2018-ci il tarixində gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin   Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə,  Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.


Digər xəbərlər:
Şərhlər
avatar