Bakıda BOMBA HƏYƏCANI
17.08.2017 1008 0.0 0

Bakı şəhərinin Xətai rayonunda Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur.

 

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, dərhal  FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılmışdır. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilmiş, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar