Bakıda bir neçə marşurut xətti dəyişdirildi (VİDEO)
05.09.2015 651 0.0 0

Nəqliyyat Nazirliyi paytaxt avtobuslarında bəzi təkmilləşdirici addımlar atıb. Bir neçə avtobusun marşrut xətti dəyişdirilib.

ANS TV-nin məlumatına görə, Nəqliyyat Nazirliyi Bakı şəhərinin marşurut xətlərində təkmilləşdirmə aparılması məqsədilə 62, 70 və 92 saylı avtobus marşrut xətlərində dəyişiklik edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 62 saylı marşrutun xəttindəki dəyişiklikdən sonra sentyabrın 1-dən avtobuslar Sabunçu qəsəbəsindən başlayaraq, Z.Bünyadov prospekti və sonra mövcud xətt ilə hərəkət edəcək.

70 saylı marşrutun xəttindəki dəyişikliyə görə, avtobuslar “Neftçilər” metro stansiyası, Q.Qarayev prospekti - Vəliyev, Abbasov, Əliyev küçələri, eləcə də elektrik qatarlarının Deposunadək və əks istiqamətdə hərəkət edəcək.

92 saylı marşrutun xəttində edilən dəyişikliyə görə, sentyabrın 3-dən etibarən avtobusların hərəkəti Yeni Avtovağzal - Sumqayıt şossesi, Moskva prospekti - Mustafayev, Cavadxan küçələri və “M.Əcəmi” metro stansiyası, sonra mövcud xətt ilə hərəkət edəcək. 

“Lökbatan qəsəbə sakinlərin müraciətləri əsasında xəttə 124 saylı maşrut avtobusu buraxılıb. 124 saylı avtobus Lökbatan qəsəbəsində başlayaraq son dayanacq, eyniylə Mikayıl Hüseynov prospekti və Oktay Abbasov küçəsindəki kəsişməyə kimi olacaq. Əgər sakinlər hansısa maşrut xətti ilə bağlı müraciət edirlərsə, o zaman Nəqliyyat Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırma aparılır. Nəticədə həmin istiqamətdə maşrut xəttinə ehtiyac olarsa, təbii ki, həmin maşrut avtobusun xəttində dəyişiklik edilir və xətt uzadılır”, - deyə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. 

Eyni zamandan Səbail rayonu sakinlərinin “Sədərək” ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çoxsaylı müraciətlərini nəzərə alaraq, hərəkət cədvəli “Sədərək” ticarət mərkəzi - Salyan şossesi, Bibiheybət məscidi - 20-ci sahə, Bibiheybət yolu - Useynov və Abbasov küçələrinin kəsişməsindən dönməklə yeni 120 saylı marşrut xətti təşkil edib.

Qurumdan verilən məlumata görə, sakinlər tərəfindən marşrut xətlərilə bağlı edilən bütün şikayət araşdırılır, təkliflər nəzərdən keçirilir və qiymətləndirili./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar