Bakıda bir-birinə bitişik bir neçə obyekt yandı
22.06.2015 853 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-nin yaydığı məlumatda qeyd edilir ki , Yasamal rayonunda sahibləri məlum olmayan, birbirinə bitişik  tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanmışdır. Tikililərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar