Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdirilib
24.07.2019 558 0.0 0

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 

Qazeta.info bildirir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar