Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib
17.10.2016 615 0.0 0

Bakıda Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.
 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Z. Bünyadov prsopektinin bağlanması ilə əlaqədar metronun “20 Yanvar” və Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərkət trayektoriyasında dəyişiklik edilib. Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.
 
Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar