Bakıda azyaşlı qız meyiti tapılıb
31.01.2022 355 0.0 0

Yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qazeta.info Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar