Bakıda avtomobil yolu keçən hamilə qadını vurub
28.10.2019 467 0.0 0

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bildirək ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı hamilə qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar