Bakıda avtobus ilə yük avtomobili toqquşub-ölən və yaralanan var
07.06.2015 875 0.0 0
 Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

 

Məlumata görə, 214 saylı xətt marşrutu ilə işləyən "Daewoo" markalı sərnişin avtobusu ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

 

Avtobusda sıxılmış vəziyyətdə qalmış bir neçə sərnişin avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə polis, FHN və təcili tibbi yardım əməkdaşları cəlb olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar