Bakıda `Plov festivalı` keçirilib
15.03.2017 896 0.0 0

Azərbaycan paytaxtında “Plov festivalı” keçirilib.
 
Məlumata görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, turizm şirkətlərinin təmsilçiləri və başqaları iştirak edib. 
 
Nazir bildirib ki, təkcə Bakıda yox, regionlarda da müxtəlif tədbirlər və festivallar keçirilir: “Azərbaycanda turizmin inkişafında ən vacib sahə bizim mətbəximizdir. Ona görə bu festivalda hər region özünün dəyərli töhfələrini nümayiş etdirir. Bu cür festivalların təşkil olunması eyni zamanda ənənələrin gənclər arasında təbliğ olunmasına, qorunub saxlanılmasına təkan verir. Bizim mətbəx mədəniyyətimiz böyük tarixə malikdir. Bu gün turizmin inkişafı proqramları çərçivəsində Azərbaycan mətbəxi olduqca böyük rola malik olmalıdır. Bu festivallar eyni zamanda xarici qonaqlar üçün də maraqlı olur. Plov festivalının keçirilməsi təkcə mədəni tədbir deyil, eyni zamanda bizim mədəni zənginliyimizdən xəbər verir. Bu festival gələcəkdə daha geniş məkanlarda təşkil olunacaq”. 
 
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrində bişirilən plov nümunələri təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib. 
 
Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və başqa mətbəx nümunələri təqdim olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar