Bakıda 44 yaşlı I qrup əlil döyülüb
12.08.2017 650 0.0 0

Bakıda döyülmə hadisəsi baş verib.

Məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 44 yaşlı I qrup əlil Ruslan Əliyev Rauf adlı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu R.Əliyevi döyərək ona xəsarət yetirib və hadisə yerindən qaçıb. 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İkinci Polis Bölməsi tərəfindən araşdırma aparılır.  /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar