Bakıda 22:00-a kimi qadağa (VİDEO)
07.05.2015 810 0.0 0

Avropa Oyunları ərəfəsində minik avtomobillərinin hərəkətində məhdudiyyət olacaq.

ANS TV-nin məlumatına görə, Avropa Oyunları ərəfəsində bölgələrdən gələn maşınların oyunlar keçirilən yollarda hərəkətinə məhdudiyyət qoyulacaq. Artıq Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində işləyəcək. Təkcə bölgələrdən gələn deyil, həmçinin paytaxtda da hərəkət edən minik avtomobillərinin hərəkətində müəyyən məhdudiyyət qoyulacaq. Məqsəd oyunlar ərəfəsində yarana biləcək tıxacların qarşısının alınmasıdır. Elə buna görə də Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq edərək bildirir ki, oyunlar vaxtı ictimai nəqliyyatdan istifadə etsinlər.

NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov tövsiyyə edir ki, bölgələrdən gələnlər maşınlarını şəhərdən kənarda saxlasın, özləri isə ictimai nəqliyyatdan istifadə etsinlər. Bu zaman həmin sürücülər üçün də rahat olacaq.

Oyunlar ərəfəsində təkcə minik avtomobilləri deyil, həmçinin iri yük maşınlarının da hərəkətində günorta saatlarında məhdudiyyət qoyulacaq. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib. 

İri yük daşıyan maşınların sürücülərinə xəbərdarlıq olunaraq bildirilib ki, günorta saatlarında maşınlar şəhərdə hərəkət etməsin. Ərzaq və digər məhsullar daşıyan iri yük maşınlarının sahibləri axşam saatlarında yükdaşıma ilə məşğul ola bilərlər.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bir daha bildirdi ki, dərman ləvazimatları və ərzaq məhsulları daşıyan sürücülərdən xahiş olunur ki, işlərini gecə 22:00-dan səhər 06:00-a kimi yekunlaşdırsınlar. O hüquqi və fiziki şəxlərə xəbərdarlıq etdi ki, yüklərinizi gecə səhərə kimi və ya oyunlar keçirilən gündən bir gün əvvəl və ya bir gün sonra daşıyın. 

Qeyd edək ki, qurum iyun ayının 12-dən 28-dək gücləndirilmiş iş rejimində işləyəcək./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar