Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır
11.04.2018 5323 0.0 0

21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.

Bildirək ki, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.

Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcəkdir.

Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaqdır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar