Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 87%-i tamamlanıb
27.07.2016 601 0.0 0

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsində aparılan işlərin böyük hissəsi tamamlanıb".

"Türkiyə" qəzetinə istinadən xəbər verilir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
 
"Texniki işlərə nəzarət edən şəxslərlə mövcud durumu və qarşıda görüləcək işləri müzakirə etdik. Hal-hazırda Qars çayı üzərində tikinti işləri aparılır. Hal-hazırda körpülər üzərində aparılan işlər bitmək üzrədir. Qars çayı üzərindən körpünün tikintisi avqustda bitəcək. Qrafikə nəzər saldıqda məlum olur ki, işlər çox sürətli şəkildə həyata keçirilir", - deyə nazir bildirib.
 
Ə. Arslan əlavə edib ki, layihənin Türkiyə ərazisində reallaşan hissəsində işlərin 87%-i tamamlanıb: "Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar