Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017 666 0.0 0

Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.

 

Məlumata görə, hadisə Gürcüstanda baş verib.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş boru və alətlər aşkar ediblər. Hadisə yerinə “BP” şirkətinin mühafizəçiləri də baxış keçirib. 
 

Faktla bağlı istintaq aparılır. 
 

Qeyd edək ki, Gürcüstanda adıçəkilən neft kəmərindən oğurluğa sonuncu cəhd ötən ilin martında olub və faktla bağlı bir neçə şəxs saxlanılıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar